...

"Azərdəmiryolbank"dakı təcili depozitlərin həcmi ilin əvvəlindən dörd dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend /

Azərbaycan əhalisinin "Azərdəmiryolbank"dakı təcili depozitlərinin həcmi cari ilin əvvəli ilə müqayisədə 10 milyon manata kimi və ya 24 faiz artaraq hazırda 51,7 milyon manat təşkil edir. Bu barədə bankın bazar ertəsi yayılmış məlumatında deyilir. İyunun 1-nə olan göstəricilər ilə müqayisədə "Azərdəmiryolbank"dakı depozitlərin həcmi 3,9 milyon manatadək artıb.

Əmanətlərin həcminin artması "Depozit çeşidləri" məhsulunun uğurunun göstəricisidir. Ötən ilin avqust ayından müştərilərə təklif olunan "Göy", "Yaşıl", "Qırmızı" və "Sarı" əmanətlər üzrə portfel bu məhsul çərçivəsində 29 milyon manatı ötüb ki, bu da əhalinin təcili depozitlər portfelinin 57 faizini və hesabların sayı üzrə 62 faizini təşkil edir.

"Depozit çeşidləri" məhsulu müştərilərin bütün tələblərinə cavab verir", - məlumatda deyilir. Əmanətçinin istəyi ilə o, əlavə faizləri müddətin əvvəlində, hər ay və ya müddətin sonunda ala bilər. Əmanətin əlavə faizlərinin itirilmədən uzun müddətə götürülməsi, istənilən vaxt əmanətin məbləğinin artırılması və ya azaldılması imkanı da mövcuddur. Əmanətçinin istəyi ilə əmanətin məbləğinin 70 faizi həcmində plastik kart üzrə kredit xəttinin açılması da mümkündür. Faiz dərəcələri illik 18,75 faizədək təşkil edir. 

Ölkənin ilk ticarət banklarından olan "Azərdəmiryolbank" 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın Maliyyə İnkişaf Şirkəti (FMO) yer alır. Bakıda və regionlarda bankın 32 filialı və şöbəsi fəaliyyət göstərir.

İyulun 13-nə olan rəsmi məzənnə 0,8044 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti