...

Azərbaycanın istehlak bazarında saxta fransız və Avstriya içkiləri aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 18:56 (UTC +04:00)
"Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə ərazisində apardığı monitorinqlər zamanı ölkəyə saxta mineral sular və meyvə şirələrinin idxalı faktlarını aşkar edib", - cümə axşamı komitədən deyilib.
Azərbaycanın istehlak bazarında saxta fransız və Avstriya içkiləri aşkar edilib

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir Ü.İsmayılova/

"Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə ərazisində apardığı monitorinqlər zamanı ölkəyə saxta mineral sular və meyvə şirələrinin idxalı faktlarını aşkar edib", - cümə axşamı komitədən deyilib.

Monitorinqlər komitəyə daxil olan faktlar əsasında həyata keçirilib. Monitorinqlər nəticəsində yerli bazarda saxta "Perrier" (Fransa istehsalı) mineral suları və "Granini" (Avstriya istehsalı) meyvə şirələrinin realizəsi aşkar edilib.

Bu içkilər əsasən yerli restoran və şadlıq saraylarında təklif edilir ki, bu da istehlakçıların hüquqlarının pozulması deməkdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi idxal olunan məhsulların keyfiyyət və standartlara uyğun gəlməsi, həmçinin bu sahədə dövlət nəzarətini həyata keçirən qurum kimi, daxil olan faktlar üzrə tədqiqatı davam etdirir. Komitənin əməkdaşları bütün ölkə ərazisində yerli restoran və şadlıq saraylarında monitorinqlər keçirir.

Monitorinqlərin nəticələri yaxın günlərdə açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti