...

Azərbaycanın böyük sığortaçısı birinci yarımildə 3,5 milyon manatdan çox sığorta haqqı toplayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 17:44 (UTC +04:00)
"Azərbaycanın ən böyük sığortaçılarından biri - "MBask" şirkəti ilkin nəticələrə görə, birinci yarımildə 3,724 milyon manat həcmində sığorta haqqı toplayıb", - şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanın böyük sığortaçısı birinci yarımildə 3,5 milyon manatdan çox sığorta haqqı toplayıb

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanın ən böyük sığortaçılarından biri - "MBask" şirkəti ilkin nəticələrə görə, birinci yarımildə 3,724 milyon manat həcmində sığorta haqqı toplayıb", - şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Avtomobil sığortası üzrə mükafatın həcmi şirkətin ümumi yığımlarının təxminən 40 faizini (1,499 milyon manat), əmlak sığortası 10 faizini (371,88 min manat), bədbəxt hadisələrdən sığorta 22 faizini (181,71 min manat) təşkil edir.

Şirkətin ödəmələri rekord məbləğ - 3,504 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39 faiz çoxdur və bu, şirkətin yüksək ödəməqabiliyyətliliyi və maliyyə sabitiliyinin göstəricisidir.

Ənənəvi olaraq, ödəmələrin çoxu avtomobil sığortası üzrə müqavilələr əsasında ödənilib - 1,89 milyon manat. İkinci yerdə bədbəxt hadisələrdən sığorta - 727, 43 min manat, üçüncüsü tibbi sığorta - 466,72 min manat, sonrakı yerlərdə yanğından sığorta - 163, 55 min manat, hava nəqliyyatı vasitələrinin sığortası - 66,15 min manat - durur.

Sığorta hadisəsi haqqında ərizənin verilməsindən sonra müqavilələr üzrə ödəmələrin orta verilmə müddəti iki həftə təşkil edib. Üstəlik, xərclərin məbləği böyük olmadıqda, bu müddət bir neçə günə qədər azalıb.

Şirkətin birinci yarımildə bir sığorta polisi üzrə ən böyük ödəməsi əmlakın sığortalanması müqaviləsi üzrə 121,65 min manat təşkil edib.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti