...

Azərbaycanda qlobal maliyyə böhranı hiss olunmur - London Sitinin meri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 19:42 (UTC +04:00)
Azərbaycanda hazırda Böyük Britaniyanın iqtisadiyyatına güclü təsir göstərən qlobal maliyyə böhranı hiss olunmur. Bu barədə hazırda Bakıda səfərdə olan London Siti meri Yaan Luder (Ian David Luder) bildirib.
Azərbaycanda qlobal maliyyə böhranı hiss olunmur - London Sitinin meri

Bakı, Azərbaycan, 21 iyul / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycanda hazırda Böyük Britaniyanın iqtisadiyyatına güclü təsir göstərən qlobal maliyyə böhranı hiss olunmur. Bu barədə hazırda Bakıda səfərdə olan London Siti meri Yaan Luder (Ian David Luder) bildirib.

"Qlobal maliyyə böhranı Böyük Britaniyanın iqtisadiyyatına güclü təsir göstərib, ölkədəki vəziyyət mənfidir, lakin Azərbaycanda böhran hiss olunmur", - bu barədə Luder çərşənbə axşamı mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən Böyük Britaniya və Azərbaycan bir-birini uzunmüddətli tərəfdaş hesab edir.

"Böyük Britaniya Azərbaycan ilə qeyri-neft sektorunda əməkdaşlıq etməyə hazırdır. Biz Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatında ən böyük investor olması ilə fəxr edirik", - deyə Luder bildirib.

Luder ilə birlikdə gələn nümayəndə heyətinin təkibinə iqtisadiyyatın sığorta, bank və digər sahələrini təmsil edən 14 nəfər daxildir. Səfərin əsas məqsədi biznesin aparılması üçün yeni imkanların axtarışıdır.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycan və Böyük Britaniya arasında əmtəə mübadiləsi yanvar-may aylarında 174,1 milyon dollar təşkil edib. İyun ayında Böyük Britaniyanın Azərbaycanda investisiya həcmi üzrə xarici investisiyaların ümumi həcmində tututduğu yer 45,8 faiz (271,98 milyon manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti