...

Azərbaycanda korporativ bazarda artım 20%-i ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2009 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda korporativ qiymətli kağızların dövriyyəsi 2009-cu ilin birinci yarımili ərzində 200,6 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 24,4 faiz çoxdur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə aksiyaların dövriyyəsi 155,5 milyon manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 9,7 faiz çoxdur. Aksiyaların ilkin bazarının həcminin artımı 49,8 faiz təşkil edib.

Korporativ istiqrazların dövriyyəsi 132,5 faiz artaraq 45,08 milyon manat təşkil edib. Bu göstəricinin artımının əsasını korporativ istiqrazların təkrar bazarının 29,6 dəfə artması təşkil edib.

Qiymətli kağızlar bazarının dövriyyəsi cari ilin birinci yarımilində 2,33 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki həcmdən 40,9 faiz azdır. 

Dövlət istiqrazları bazarının həcmi 182,8 faiz artaraq 399,4 milyon manat təşkil edib, Mərkəzi Bankın not bazarı 76,2 faiz azalaraq 283,66 milyon manat təşkil edib.

REPO və əks REPO əməliyyatları 1,645 milyard manat təşkil edib.

Azərbaycanda qiymətli kağızlar bazarının ümumi həcmi 2009-cu ilin yanvar-may aylarında 2,356 milyard manat təşkil edib, bu isə ötən ilin analoji dövründəki göstəricidən 32 faiz azdır.

İyulun 25-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti