...

Bakıda ipoteka mənzillərinin satıcıları endirimləri dayandırıblar – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 17:30 (UTC +04:00)
Azərbaycanda nisbətən ucuz mənizllərin satıcıları ipoteka kreditləşməsinin bərpası ilə əlaqədar olaraq tələbatın yüksəlməsinə görə satış zamanı endirimləri dayandırıblar.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda nisbətən ucuz mənzillərin satıcıları ipoteka kreditləşməsinin bərpası ilə əlaqədar olaraq tələbatın yüksəlməsinə görə satış zamanı endirimləri dayandırıblar. Bu barədə çərşənbə axşamı "Caspian Property Services" qiymətləndirmə şirkətinin marketinq üzrə direktoru Elnur Azadov deyib.

"İpotekanın maksimal məbləğinin 50 min manat olduğunu bilərək, bu qiymətə düşən birotaqlı mənzillərin satıcıları əvvəlki kimi alıcılara güzəştə getmirlər", - Azadov deyib.

Onun sözlərinə görə, bazarda 3-5 faiz fəallıq müşahidə olunur ki, bu da ipotekanın yenidən başlaması ilə əlaqədardır.

Azadov deyib ki, Bakının 1-ci zonasında mənzillərin kvadratmetrinin orta qiyməti 1,8 mindən 3 min manatadək, 2-ci zonasında min manatdan 2 minədək, 3-cü zonasında 700-dən min manatadək, 4-cü zonasında 700 manatadək təşkil edir.

Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu ikiillik fasilədən sonra iyunun 1-dən kreditləşməyə başlayıb. Fondun kredit səlahiyyətli təşkilatı 17 bankdır. 2009-cu ilə dövlət büdcəsindən fond üçün maliyyələşməyə 14 milyon manat nəzərdə tutulub.

İyulun 28-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti