...

Gürcüstanın kommersiya banklarında qeyri-bank depozitlərinin həcmi iyulun 1-nə 2,6 milyard larini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 20:24 (UTC +04:00)
Gürcüstanın bank sektorunda yerləşdirilmiş qeyri-bank depozitlərinin həcmi iyulun 1-nə olan vəziyyətə görə, 2,6 milyard larini ötüb (1 dollar = 1,66 lari).
Gürcüstanın kommersiya banklarında qeyri-bank depozitlərinin həcmi iyulun 1-nə 2,6 milyard larini ötüb

Gürcüstan, Tbilisi, 30 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın bank sektorunda yerləşdirilmiş qeyri-bank depozitlərinin həcmi iyulun 1-nə olan vəziyyətə görə, 2,6 milyard larini ötüb (1 dollar = 1,66 lari).

Gürcüstanın Mərkəzi Bankından bildiriblər ki, hazırkı göstərici iyunun 1-nə müəyyənləşdirilmiş göstəricini 2,3 faiz üstələyir.

Depozitlərin dollarlaşma əmsalı 73,4 faiz təşkil edib. Depozitlərə orta illik faiz dərəcəsi 9,9 faiz, o cümlədən milli valyuta ilə yerləşdirilmiş depozitlərə 11,4 faiz, xarici valyuta ilə yerləşdirilmişlərə isə 9,7 faiz təşkil edir.

Xarici valyuta ilə yerləşdirilmiş depozitlərin dollarla hissəsi 76,4 faiz, avro ilə 23 faizdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti