...

Azərbaycanda Broker xidmətlərinin həcmi üzrə yenidən Unicapital liderlik edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2009 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend /

İyulda qiymətli kağızlar bazarında (repo əməliyyatları bazarı istisna olmaqla) brokerlərin xidmətlər üzrə reytinqinə üç müştəriyə 21,6 milyon manat məbləğində broker xidməti göstərən Unicapital başçılıq edib. Bu barədə Bakı Fond Birjasının cümə axşamı yayılmış məlumatında deyilir.

İkinci yeri isə bir müştəriyə 7,6 milyon manat məbləğində xidmət göstərən, birinci yerdəkindən 14,06 milyon manat geri qalan broker Brokdil-Az tutur. Üçüncü yerə 6,9 milyon manat məbləğində xidmət göstərməsi ilə BoB Broker tutur.

Brokerlərin reytinqində birinciliyə iddia edən məbləğin səviyyəsi ötən ayla müqayisədə iyulda azalıb. Belə ki, iyunda göstərilən broker xidmətləri üzrə lider məbləğ 38,7 milyon manat təşkil edirdi.

Qiymətli kağızlar bazarında 2009-cu ilin iyul ayı ərzində göstərilən xidmətlər üzrə brokerlərin reytinqi:

Xidmət həcmləri üzrə cari yeri

Xidmət həcmləri üzrə əvvəlki yeri

Brokerlərin adları

Sövdələşmələrin sayı

Müştərilərin sayı

Broker xidmətlərinin məbləği (AZN)

1 (-)

1

"Unicapital" ASC

14

3

21,642,994.20

2 (-)

2

"Brokdil-Az" MMC

8

1

7,581,496.72

3 (-)

3

"BoB Broker" MMC

3

1

6,949,735.36

4 (▲)

6

"Respublica Invest" MMC

3

2

5,199,761.82

5 (▼)

4

"Tekhnika Capital Management" MMC

4

1

1,934,554.96

6 (▼)

5

"Chelsea Capital" MMC

2

2

1,145,780.16

Avqustun 06-na olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti