...

Azərbaycan səhmdarları yerli şirkətdən Türkiyə sığortaçılarının pay hissəsini alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , Ü.İsmayılova /

Azərbaycan-Türkiyə sığorta şirkəti "Gunay-Anadolu Sigorta" xarici səhmdarlarını dəyişdirib, cümə axşamı şirkətdən bildirilib. 
"Gunay Anadolu Sigorta"nın yerli səhmdarı Günay Bank Türkiyənin "Anadolu Anonim" sığorta şirkətinin iştirak payının hamısını alıb, bunun da nəticəsində şirkət tamailə Azərbaycanın sığorta şirkəti olub", - Gunay Anadolu Sigorta-dan bildirilib.
Şirkətdəki mənbənin sözlərinə əsasən, səhmdarlar tərkibinin dəyişməsi ilə şirkətin adının "Günay Sigorta"ya dəyişdirilməsi haqqında qərar verilib. 
"Bankımız Türkiyə şirkətinə məxsus olan səhm paketini alıb, sığorta biznesinin səmərəli olması ilə əlaqədar olaraq sözügedən qərar hər iki səhmdarların qərarından asılı olan bütün daxili məsələlərin daha operativ həll olunmasına imkan verəcək", - cümə axşamı Günay Bank-ın İdarə Heyətinin sədri Emin Ağayev bildirib.
Ağayevin sözlərinə əsasən, səhmdarların dəyişməsi şirkətin fəaliyyətinə heç cür təsir etmir və şirkət əvvəlki rejimdə fəaliyyət göstərəcək.
 "Səhmdarların dəyişilməsindən sonrakı yeganə dəyişiklik sığorta şirkətinin nizamnamə kapitalının 806 min manatdan 1,6 milyard manata kimi artırılması olub", - Ağayev bildirib.
1992-ci ildən fəaliyyət göstərən "Günay Anadolu Sigorta" yanğından, bədbəxt hadisələrdən sığorta, mühəndis və tibbi sığorta xidmətlərini göstərir. "Günay" səmdar bankı və Türkiyədə sığorta sahəsində lider olan Türkiyənin "Anadolu Anonim" sığorta şirkəti "Günya Anadolu Sigorta" birgə müəssisəsini təsis edərək Azərbaycanda sığorta sektorunun əsasını qoyub. Ötən il o, müddətsiz lisenziya alıb.
Qanunvericiliyə əsasən, Günay Bank səhmlərin 51 faizinə, "Anadolu Anonim" isə 49 faizinə yiyələnib.
Birinci yarımildə fəaliyyət yekunlarına əsasən, şirkət 0,14 milyon dollar ödənişlə, 0,434 milyon dollar haqq toplayıb. İl ərzində şirkətin haqları 31,6 faiz, may ayında 11,9 faiz azalıb. İl ərzində ödənişlər demək olar ki, iki dəfə artıb.
Avqustun 20-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:   [email protected]

Xəbər lenti

Xəbər lenti