...

Gürcüstanın Baş naziri iqtisadiyyat nazirini istefaya göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2009 14:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N. Kirsxalia /

Gürcüstanın iqtisadiyyat naziri Laşa Jvaniya öz postunu tərk edib, səhiyyə naziri Aleksandr Kvitaşvili isə sonuncu xəbərdarlıq alıb. Bu haqda Gürcüstanın Baş naziri Nika Qilauri bu gün təşkil edilən fövqəladə brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, İqtsadiyyat Nazirliyi hakimiyyətə böyük problemlər yaradıb. Buna görə də belə radikal qərar qəbul edilib. "Mən artıq Jvaniyanın istefaya göndərilməsi ilə bağlı Prezident Mixail Saakaşvili ilə əsaslı söhbət aparmışam və o, mənim dəlillərimi nəzərə alıb", - Qlauri deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi işini koordinasiya etmədiyindən Gürcüstanda artıq təsdiq edilmiş və vəsait ayrılmış investisiya proqramları tam şəkildə həyata keçirilmir.

"Məsələn, Çexiya ilə investisiyanın qorunması haqda razılığın rəsmiləşdirilməməsini qeyd etmək olar. Bu da "100 yeni xəstəxana" layihəsinin ləngidilməsinə gətirib çıxarıb. Layihəyə Çexiya 125 milyon avro ayırıb, SES-dən birinin inşası layihəsinə isə 80 milyon avro ayırıb", - Baş nazir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti