Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirsxalia /
Poti şəhər məhkəməsinin Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq verdiyi qərara görə, Panama bayrağı altında üzən EGEMEN DOVEN gəmisinin kapitanı 65 min lari (1 dollar/1,68 lari) cərimə və ətraf mühitə dəyən 462 lari dəyərində ziyanı ödəyib.
Gürcüstan Sərhəd Polisinin verdiyi məlumata görə, bundan sonra gəmi azad edilib.
Panama quruyük gəmisi Poti sularında sahil gözətçiləri tərəfindən ətraf mühiti çirkləndirdiyinə görə saxlanılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]