Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan Vergilər Nazirliyində "vahid pəncərə" vasitəsilə ilə məşhur klassik italyan mebeli istehsalçısı "GİEMME STİLE S.P.A"nın Azərbaycandakı nümayəndəliyi qeydiyyatdan keçib. Bu haqda nazirliyin rəsmi saytında məlumat verilib.
Mərkəzin rəsmi nümayəndəsi İtalya vətəndaşı Ceçini Giacamodur (Cecchini Giacomo).
GİEMME öz işlərində tarixi, ənənəni, ustalıq və rahatlığı birləşdirən iri italyan mebeli istehsalçısıdır. Şirkət arxitektura ilə əlaqədar olan funksional və estetik tələblərin birləşməsi şərtinə tam cavab verir. Bu müəssisənin müvəffəqiyyəti bütün dünyada filial və nümayəndəliklərlə təqdim olunan Giemme Stile qrupunun 30 illik təcrübəsindən irəli gəlir.
Bu strukturdan istifadə edən Giemme Stile qrupu öz klassik kolleksiyalarını müvəffəqiyyətlə yayır. İki sənətkar nəslindən olan ekspertlərin yaratdığı yeni kolleksiyalar həm də yeni nou-xau texnologiyasını dəstəkləyir.