...

Sumqayıtda effektli iş axtarışı üçün hər bir şərait yaradılıb - İcra Hakimiyyəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2009 14:50 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərində İcra Hakimiyyətinin rəhbəri Vaqif Əliyevin fərmanı ilə oktyabrın 9-da növbəti əmək yarmarkası keçiriləcək. Bu barədə İH-nin bazar ertəsi yayılan məlumatında deyilir.
Sumqayıtda effektli iş axtarışı üçün hər bir şərait yaradılıb - İcra Hakimiyyəti

Azərbaycan, Bakı, 31 avqust / Trend /

Azərbaycanın Sumqayıt şəhərində İcra Hakimiyyətinin rəhbəri Vaqif Əliyevin fərmanı ilə oktyabrın 9-da növbəti əmək yarmarkası keçiriləcək. Bu barədə İH-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Azərbaycan Prezidentinin 15 may 2007-ci il tarixli "2007-2010-cu illərdə məşğulluq strategiyası dövlət proqramı"nın həyata keçirilməsi barədə fərmanına əsasən, Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər icra hakimiyyəti və məşğulluq xidmətinin tapşırığı ilə bir sıra fəal tədbirlər görülüb, məlumatda deyilir.

Sumqayıt şəhərinin məşğulluq xidmətinin fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması məqsədilə əsaslı iş aparılıb - məşğulluq xidmətinin xidmət ərazisi yenidən qurulub, iş trukturu təkmilləşdirilib, eləcə də iş axtaranların qəbulu, effektli iş axtarışı üçün münbit şərait yaradılıb.

Məlumatda həmçinin deyilir ki, məşğulluq xidmətinin əməliyyat zalında informasiya mərkəzi, avtomatik köşk, müstəqil iş axtarışı, iş axtaranlara fəal dəstək üçün şərait yaradılıb, sosial müdafiə təmin edilib, eləcə də ixtisas sektorları fəlaiyyət göstərir.

Xidmət yanında metodiki seminarların keçirilməsi üçün kabinet, videoteka, sürətli internet, işəgötürənlərin və müəssisələrin kartotekası və iş prosesinin effektliyinin artırılması üçün digər müasir vəsaitlər fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti