Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Bakıda RE-INVEST CASPIAN Xəzəryanı və Qafqaz regionunun işlənmiş maşın və avadanlıqlarının II Beynəlxalq sərgisi keçiriləcək. Bu barədə Azərbaycan Sahibkarlarının Milli Konfederasiyasından (ASMK) çərşənbə axşamı bildirilib.
Sərgi sentyabrın 22-23-də keçiriləcək.
Sərgidə yeyinti emalı sənayesində, ağac emalı və mebel sənayesində maşın və avadanlıqlar, ilkin və təkrar emal edilən plastik materiallar, metallar, informasiya texnologiyaları, tikinti avadanlıqları, yük maşınları nümayiş etdirəcək.
Sərgi ASMK-nın dəstəyi ilə keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]