...

Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Tbilisidə regional enerji siyasətinin ekoloji aspektlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2009 20:04 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Cənubi Qafqaz regionunun enerji siyasətinin ekoloji aspektlərini müzakirə etmək üçün sentyabrın 8-9-da Tbilisidə görüşəcəklər. Bu barədə Euroconvention Conferences-in məlumatında deyilir.

Azərbaycan, Bakı, 01 sentyabr / Trend /

Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Cənubi Qafqaz regionunun enerji siyasətinin ekoloji aspektlərini müzakirə etmək üçün sentyabrın 8-9-da Tbilisidə görüşəcəklər. Bu barədə Euroconvention Conferences-in məlumatında deyilir.

Gürcüstan paytaxtında "Qafqaz ekoloji infrastrukturu və təmiz enerjiyə investisiya və maliyyə - 2009" (Caucasus Environmental Infrastructure and Green Energy Investment & Finance Summit 2009) sammiti keçiriləcək.

"Sammitdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Georgi Keçidzenin çıxışı gözlənilir. Ermənistan hökumətini yüksək vəzifəli nümayəndələr təmsil edəcəklər", - Euroconvention Conferences-in məlumatında qeyd edilir.

Sammitdə müzakirələrin əsas mövzusu yenilənən enerji mənbələri, regional enerji siyasətinin inkişafı, enerji daşınması və ekoloji infrastruktur olacaq.

Xəbər lenti

Xəbər lenti