...

Bakıda ticarət obyektləri avqust ayında bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 11:11 (UTC +04:00)
Bakıda ticarət obyektləri avqust ayında bahalaşıb

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Avqustda Bakıda təklif edilmiş boş ticarət obyektlərinin orta qiyməti 465 min dollar təşkil edib. Bu barədə çərşənbə günü "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimli deyib.

"Keçən ay ticarət obyektləri bazarında bir kvadratmetrin orta qiyməti 3 601 dollar təşkil edib", - İbrahimli deyib.

Onun sözlərinə görə, iyula nəzərən qiymətlər 2,9 faiz artıb. Ticarət obyektlərinin orta sahəsi 5,5 faiz azalaraq 106 kvadratmetrə çatıb.

İyulda yay mövsümü ilə əlaqədar olaraq ticarət obyektləri bazarı 2,8 faiz, boş obyektlərin icarəsi isə 0,1 faiz bahalaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti