Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Bakının ilkin daşınmaz əmlak bazarında iyul ayında mənzillərin bir kvadratmetrinin qiyməti 0,3 faiz azalaraq 944 dollar təşkil edib, iyun ayında bu göstərici 947 dollar təşkil edib. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.
Qiymətlərin artımı Bakının Yasamal rayonunda 2,7 faiz, Səbayılda 2,8, Nərimanov rayonunda isə bir faiz təşkil edib.
İyul ayında Bakının ilkin mənzil bazarında 488 binanın inşası davam etdirilib, tikinti şirkətlərinin sayı 173-ə bərabər olub.
"Paytaxtda tikinti işləri tempinin azalmasına baxmayaraq, Bakının Nizami rayonunda daha iki binanın inşasına başlanılıb", - İB-dən bildirilib.
Binaların çoxu (28,3 faiz) Bakının Yasamal rayonunda inşa edilir, tikintinin həcminə görə ikinci yeri Xətai rayonu (18,6 faiz), üçüncü yeri Nəsimi (16,6 faiz) tutur. Ümumilikdə onların hamısı bazarın ümumi portfelinin 63,8 faizini təşkil edir.
İyulda yeni tikilmiş binalarda mənzil sahələrinin orta otaq göstəricisi 0,3 faiz azalaraq 122 kvadratmetrə çatıb, blokların orta göstəricisi 2 və 3, mərtəbələrin isə 15 təşkil edib.
Ümumi cədvəl yeni tikililərdə otaq göstəricilərini və onların sahələrini göstərir:
|
Mənzillər |
Mənzillərin sayı |
Sahənin orta göstəricisi |
İnşada payı (%-lə) |
|
birotaqlı |
12006 |
60,8 |
17,7 |
|
ikiotaqlı |
20855 |
93,2 |
30,7 |
|
üçotaqlı |
26142 |
133,2 |
38,5 |
|
dördotaqlı |
7885 |
183,5 |
11,6 |
|
beşotaqlı |
973 |
253,6 |
1,4 |
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]