...

Azərbaycan Dövlət Arxitektura Komitəsi vaxtaşırı Bakının baş planının hazırlanması üzrə monitorinq aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2009 11:35 (UTC +04:00)
Azərbaycan Dövlət Arxitektura Komitəsi vaxtaşırı Bakının baş planının hazırlanması üzrə monitorinq aparacaq

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində komitə rəhbəri Abbas Ələsgərovun sədrliyi ilə işçi qrupun Böyük Bakının regional inkişaf planına həsr olunmuş iclası keçirilib. Bu barədə şənbə günü Dövlət Komitəsindən məlumat verilib.

İclasda işçi qrupun rəhbəri Novruz Eldarlı, qrupun üzvü Feyzulla Quliyev, eləcə də müşahidəçi qismində Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları və mütəxəssisləri iştirak ediblər.

İşçi qrupun iclası zamanı strateji inkişaf konsepsiyası çərçivəsində nəqliyyat və mühəndis infrastrukturunun inkişafı, eləcə də Bakı, Sumqayıt, Xırdalan və ətraf qəsəbələrin ərazi planlaşdırılması istiqamətlərində işlərin gedişi barədə fikir mübadiləsi aparılıb. İşçi qrupun iclasının yekunlarına görə, işlərin miqyasının genişləndirilməsi və vaxtaşırı monitorinqlərin aparılması barədə qərar qəbul olunub.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrinə Abşeron yarımadası ərazilərinin təyinatı üzrə istifadəsi və məşğulluğu barədə məlumat verilib.

Hazırda Böyük Bakının regional inkişaf planının hazırlanması məqsədilə tender komissiyası keçirilir. Tender Komissiyası hələki yalnız texniki təklifləri nəzərdən keçirir, maliyyə təklifləri isə hələ açılmayıb. Tenderdə iştirak üçün dünyanın 21 ölkəsinin 34 şirkətindən ərizə qəbul olunub. Onlardan tenderə 6 qrup şirkət buraxılıb:

AS&P Albert Speer & Partners GmbH (Almaniya);

Moshe Zur Architects Town Planners Ltd., Marmanet organization & Projects, Management International Ltd.,Geoda Geographical Data, Landed Property, Mapping and Surveying Ltd. (İsrail);

EDAW, AECOM (ABŞ);

HOK (Hellmuth, Obata and Kassabaum) Inc., Development Planning Unit, (İngiltərə), Shaw Consultants International (ABŞ), Scott Wilson (Az. Office) (İngiltərə);

GHK Consulting (İngiltərə), International Land System Inc.(ABŞ), Synergetics Ltd. (Azərbaycan);

Urban Solutions (Hollandiya), Hansen Partnership (Avstraliya), Bakı Dövlət Layihə İnstitutu (Azərbaycan).

Tender proseduru Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxil) dəstəyi ilə keçirilir.

Tenderin şərtlərinə əsasən, plan iki il ərizndə hazırlanacaq.

Plan "Böyük Bakı" adlandırılıb. Bakının köhnə planı qrafiki prinsipləri və paytaxtın 22 min hektar ərazisinin konsepsiyasını əhatə edirdi. Paytaxtın real ərazisi 219 min hektardan çoxdur.

Bakı şəhərinin sonuncu baş planı 1987-ci ildə qəbul edilib. Artıq bir ildir ki, Azərbaycan hökuməti tərəfindən, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən DB-nin krediti hesabına Böyük Bakının regional inkişaf planının hazırlanması üzrə layihə həyata keçirilir. Bu layihə özündə Bakı və Sumqayıtın, eləcə də Abşeron rayonunun yaxın 20 ilə perspektiv inkişafını əks etdirir. Belə layihələr Şərqi Avropanın bir sıra ölkələrində həyata keçirilib. Lakin onların heç biri paytaxtı şəhərətrafı regionla və 3 milyondan çox əhali ilə əhatə etməyib. Şübhəsiz, layihə Azərbaycanın şəhər planlaşdırmasında yeni mərhələ olacaq. Layihədə yeni texnologiyalar, məsələn, coğrafi-informasiya sistemi  və s. tətbiq olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti