...

ADA Group 2010-cu il büdcəsinin ilkin müzakirəsini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

Sentyabrın 11-də Bakıda keçiriləcək ADA Şirkətlər Qrupu Direktorlar Şurasının növbəti toplantısında 2010-cu il büdcəsinin ilkin müzakirəsi aparılacaq. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Direktorlar Şurasının toplantısında 2010-cu il büdcəsinin ilkin müzakirəsi aparılacaq, 2009-cu ilin ilk 9 ayının müxtəlif inkişaf istiqamətləri üzrə hesabatları təqdim ediləcək, həmçinin Azərbaycan pərakəndə ticarətində ilk dəfə aparılan "Almalı-klub" və "Ucuz Al Malı" layihələrinin ilkin nəticələri müzakirə ediləcək.

Toplantıda may ayında qrupun Direktorlar Şurasının üzvü seçilmiş, beynəlxalq riteyl bazarlarında tanınmış mütəxəssis Yazqan Müsənnif də iştirak edəcək.

ADA Şirkətlər Qrupu 2005-ci ildə yaranıb. Qrup "Almalı" mağazalar şəbəkəsinin sahibi və operatorudur. Qrupun əsas sərmayədarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC). "Almalı" Azərbaycanın qeyri-neft sektorunda IFC-nin iri layihələrindəndir.

Hazırda Azərbaycanın 3 şəhərində 40 Almalı mağazası fəaliyyət göstərir. Onlardan 35-i Bakıda, 2-si Gəncədə, 1 paylama mərkəzi isə Xırdalanda yerləşir.

Xəbər lenti

Xəbər lenti