...

AYİB-in Direktorlar Şurası nümayəndəsinin Azərbaycana səfər müddəti müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Baki, 10 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın AYİB-in Direktorlar Şurasında nümayəndəsi Verner Qruber 13-16 sentyabrda ilk dəfə direktor qismində Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı AYİB-in Bakıdakı nümayəndəliyindən deyilib. Verner Azərbaycandan başqa, səkkiz ölkənin - İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Serbiya və Çernoqoriyanın maraqlarını təmsil edir.

"AYİB direktorunun Azərbaycana səfərinin başlıca məqsədi ölkədə həyata keçirilən bank layihəsi ilə tanış olmaqdır. Səfər eyni zamanda iki il yarımdan bir icra edilən diplomatik xarakter daşıyır", - nümayəndəlikdən deyilib.

Qruber səfəri zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, həmçinin ölkənin AYİB-lə əməkdaşlıq edən özəl bank rəhbərləri ilə görüşəcək.

Orta Asiya,Cənubi və Şərqi Avropa üzrə AYİB-in biznes qrupunun direktoru Olivye Dekamp Azərbaycan hökuməti ilə uzu müddətli əməkdaşlıq siyasətinin təsdiq edilməsi üçün apreldə Bakıda olub. O, Azərbaycandakı vəziyyəti regionun qonşu ölkələrində olduğundan yaxşı qiymətləndirib. Buna Dövlət Neft Fondunun yaradılması, neft-qaz sektorunun optimallaşdırılması, rəqabətədavamlı bank bazarının yaradılması daxil olmaqla, bir neçə il əvvəl qəbul edilən qərar nəticəsində nail olunub.

Onun proqnozuna görə, 2009-cu ilin sonunadək AYİB-in Azərbaycana ayırdığı investisiyanın həcmi bir milyon dolları ötəcək. 2008-ci ildə bank Azərbaycanda 19 layihəyə 120 milyon dollar investisiya qoyub, 2009-cu ildə isə bu məbləğ 14-15 müxtəlif layihədə 220 milyon dollar təşkil edib.

AYİB Azərbaycanda ümumi həcmi 1,2 milyard dollar təşkil edən 90 layihə həyata keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti