...

Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2009 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir N.İsmayılova /

2009-cu ilin 8 ayının yekununa görə Azərbaycanda orta aylıq əməkhaqqı 298 manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ən yüksək əməkhaqqı hasilat sənayesində, maliyyə fəaliyyəti, daşınmaz əmlakla əməliyyatlar, kirayə və istehlak sahəsində göstərilən xidmətlər, həmçinin inşaat sektorunda işləyən şəxslərdə qeydə alınıb.

Müəssisə və təşkilat işçiləri 7,8 milyon manatlıq sosial əhəmiyyətli yardım alıb. Bunlar əsasən hasilat sənayesində, enerji, qaz, su istehsalı və paylanması üzrə müəssisələrdə, emal sənayesi, nəqliyyat və rabitədə işləyən işçilərdir.

Hesabat dövrü ərzində ayda adambaşına düşən gəlir orta aylıqəmək haqqından 44,03 faiz artıq olub.

Yanvar-avqust aylarında adambaşına düşən nominal gəlir 1655,3 manat təşkil edir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur. Adambaşına düşən real gəlir 11,3 faiz artımla 1488,5 min manat təşkil edir.

Səkkiz ayın yekununa görə, Azərbaycan əhalisinin nominal gəliri 14583,5 milyon manat təşkil edir ki, bu da ötən ilin göstəricisindən 12,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin real gəliri 12,8 faiz artaraq 13114 milyon manat olub.

Hesabat dövrü ərzində əhali şəxsi gəlirin 66,9 faizini mal əldə edilməsinə, 10,1 faizini vergilərin ödənilməsinə, sosial sığortaya və məcburi üzvlük haqlarının ödənilməsinə, 23 faizini isə kapitalın yığılması və artırılmasına yönəldib.

Sentyabrın 16-na olan cari məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti