...

Azərbaycanın regionunda erməni dilində markalanmış məhsullar aşkar edilib – Standartlaşdırma üzrə Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2009 12:31 (UTC +04:00)
Azərbaycanın cənub regionunda erməni dilində markalanmış məhsullar aşkar edilib. Bu barədə Azərbaycanın Standartlaşdırma, Mertrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatında deyilib.
Azərbaycanın regionunda erməni dilində markalanmış məhsullar aşkar edilib – Standartlaşdırma üzrə Dövlət Komitəsi

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın cənub regionunda erməni dilində markalanmış məhsullar aşkar edilib. Bu barədə Azərbaycanın Standartlaşdırma, Mertrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatında deyilib.

Məlumatda deyildiyinə görə, SMPDK-nın 5 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları yoxlamalar zamanı Masallı rayonunda Adəm Yaqubova məxsus topdansatış anbarında Ermənistanın "Sevan" firmasının istehsalı olan meyvə qurusu, çərəz və şirniyyat məmulatları aşkar edinlər.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti