...

Bakıda məşğulluğun təmin edilməsi məsələsi müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Ü.ismayılova /

Bakıda ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə "Maliyyə böhranı dövründə məşğulluq sahəsi" mövzusunda subregional konfrans keçirəcək, bu barədə cümə günü idarənin Beynəlxalq əməkdaşlıq şöbəsinin başçısı Elnur Sultanov bildirib.

"Hazırda Nazirlik Bakıda subregional konfransın keçirilməsi üçün BƏT ilə danışıqlar aparır", - Sultanov bildirib.

Onun sözlərinə əsasən, konfransın keçirilməsinin təşəbbüskarı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

"Konfransın əsas mövzusu qlobal maliyyə böhranı dövründə əhalinin məşğulluğunun təmin edilməsi məsələsi olacaq", - Sultanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti