...

Azərbaycanda VIP tibbi sığorta tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın böyük sığorta şirkətlərindən biri A-Qroup artıq VIP yeni tibbi sığorta proqramının işlənib hazırlanmasını başa çatdırıb, bu barədə bazar ertəsi şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

"Yeni proqram bir neçə həftə ərzində müştərilərə təqdim ediləcək. Proqnozlara əsasən, bu növ sığorta məhsuluna böyük tələbat müşahidə ediləcək", - Bayramov bildirib.

Onun sözlərinə əsasən, yeni proqram digər sığorta şirkətlərinin tibbi sığorta proqramlarından çıxardığı xəstəlikləri belə əhatə edəcək. "Sığorta xidmətləri sırasında onkoloji və digər ağır xəstəliklərin müalicəsi, həmçinin evlərə dərmanların çatdırılması və s. daxildir. Bununla yanaşı, paket A/H1N1 qripinin müalicəsini də əhatə edir", - Bayramov bildirib.

Əhatə sahəsini nəzərə almaqla VIP adi sığortadan daha baha olacaq.

A-Qroup sığorta şirkəti sığortanın üç icbari və 14 könüllü növü üzrə xidmət göstərir. Sığorta şirkətinin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edir. Yanvar-iyul aylarında şirkətin haqlarının həcmi 5,03 milyon manat təşkil edib, ödəmələri isə 2,41 milyon manata bərabər olub.

Sentyabrın 28-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti