...

Azərbaycanda arıçılıq təsərrüfatının inkişafı üçün 20 min manatdan çox vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bu il Azərbaycanda minimum 1,2-1,3 min ton bal istehsalı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

"2008-ci ilin yekunlarına əsasən Azərbaycanda 1,4 min ton bal istehsal olunub", - Fərəcov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən arıçılığın inkişafı üçün 21 min manat vəsait ayrılıb.

"Azərbaycanda bal istehsalının 3,5 dəfə artırılması üçün potensial var və bu məhsulun həcmini yeddi min tona çatdırmaq mümkündür", - Fərəcov bir müddət əvvəl bildirmişdi.

Onun sözlərinə görə, ölkədə 2001-ci ildə 57 min arı ailəsi olub, hazırda onların sayı 126 mini ötür, lakin bu rəqəmi 500 minədək çatdırmaq mümkündür ki, bu da ölkədə bal istehsalının həcmini yeddi min tona kimi çatdırmağa imkan verəcək.

Azərbaycanda arıçılıq Daşkəsən, Lerik, Yardımlı kimi rayonlarda daha çox inkişaf edib.

Oktyabrın 03-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti