...

Azərbaycan Avropa Komissiyasının standartlaşdırma məsələləri üzrə baş direktorlarının yığıncağında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Brüsseldə keçirilən daxili bazar və xidmətlər üzrə dövlət komissiyasının yığıncağında iştirak edib. Bu barədə cümə günü Dövlət Komitəsindən deyilib.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələri üçün nəzərdə tututlan seminar 30 sentyabr-2 oktyabr tarixləri arasında keçirilib.

Sərbəst idxal, mal və məhsulların dövriyyəsi, daxili bazar prinsiplərinin saxlanmasının hüquq normaları, qarşılıqlı razılaşma mexanizmləri, intellektual və sənaye mülkiyyəti əsas müzakirə mövzusu olub.

Avropa İttifaqının Nazirlər Şurası 20 iyun 2008-ci il tarixli iclasında Aİ, Ermənistan, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın iştirakı ilə "Şərq tərəfdaşlığı" forumunun yaradılmasını və şərq qonşuları ilə regional əməkdaşlığın inkişafını bəyənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti