...

Pasha Bank privat-bankinqdə fəaliyyətini aktivləşdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Pasha Bank 2010-cu ildə privat-bankinqdə fəaliyyətini aktivləşdirmək niyyətindədir, bankın İdarə Heyətinin sədri Fərid Axundov çərşənbə günü deyib.

"Biz hazırda 2011-ci ilin sonunadək olan dövrü əhatə edən bu seqmentin inkişaf strategiyası üzərində fəal işlər aparırıq", - Axundov MDB-nin iştirakçı dövlətlərinin "MDB-nin maliyyə bank sisteminin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, bank bazarda xidmətin bu növünün inkişafı üzrə fəal işlər görür.

"Bank əhalinin müxtəlif qruplarının daha çox tələbatı olan xidmət növlərinin müəyyənləşdirilməsi üçün bazarın öyrənilməsi ilə fəal məşğul olur", - Axundov deyib.

TREND informasiya Agentliyi Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti