...

Azərbaycanda sentyabr ayında inflyasiya 0,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir N.İsmayılova/

Sentyabrda istehlak mallarının və xidmət tariflərinin qiymətləri 2009-cu ilin sentyabr ayı ilə müqayisədə 0,4 faiz bahalaşıb. Doqquz ay ərzində isə bu göstəricilər keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,1 faiz bahalaşıb, bazar ertəsi Statistika Komitəsindən məlumat verilib.

Sentyabrda ərzaq mallarının qiyməti 0,4 faiz, qeyri-ərzaq mallarını qiyməti - 0,1 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.

2008-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ərzaq malları 0,4 faiz ucuzlaşıb. Qeyri-ərzaq malları 4,3 faiz, xidmət tarifləri isə 6,4 faiz bahalaşıb.

Sentyabrda mövsümi dəyişikliklərə məruz qalan (meyvə və tərəvəzlər) və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətləri çıxılmaqla hesablanan istehlak qiymətlərinin bazis indeksi 100,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 9 ay ərzində 102,5 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti