...

Azərbaycanın istehlak bazarlarında 5 ay ərzində 554 satıcı cərimə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2009 16:31 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərindən 340 kiloqramdan çox vaxtı istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb.
Azərbaycanın istehlak bazarlarında 5 ay ərzində 554 satıcı cərimə edilib

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərindən 340 kiloqramdan çox vaxtı istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə bazar ertəsi nazirlikdən yayılan məlumatda deyilir. Bu məhsullar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq məhsulları, süd məhsulları, pivə, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, kosmetik vasitələr və s. olub.

Əhalinin istehlak hüquqlarının pozulduğu bu faktlar Bakının Sabunçu, Nizami rayonlarında və Gəncə şəhərində aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub və qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edilib.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 503 fiziki şəxsə 751,3 min manat cərimə tətbiq olunub.

Oktyabrın 19-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti