...

Azərbaycanda yenidən "donuz qripi"nə yoluxma faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 19:35 (UTC +04:00)
Azərbaycanda daha iki "donuz qripi"nə (A/H1N1) yoluxma faktı aşkar edilib. Bu barədə cümə axşamı Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanda yenidən "donuz qripi"nə yoluxma faktı aşkar edilib

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda daha iki "donuz qripi"nə (A/H1N1) yoluxma faktı aşkar edilib. Bu barədə cümə axşamı Səhiyyə Nazirliyindən məlumat verilib.

"Xəstələrdən biri Ukraynanın İvanovo-Frankovsk vilayətindən oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna gələn qadının qohumudur. O xəstə ilə əlaqədə olub", - nazirlikdən deyilib.

Nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edildiyi kimi, ikinci xəstə də noyabrda Ukraynadan gələn Azərbaycan vətəndaşıdır.

Nazirlik nümayəndəsinin sözlərinə görə, hazırda xəstələr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ambulator müalicə keçirlər.

Çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilmişdi. Xəstə Azərbaycana dəmiryol nəqliyyatı ilə gəlib. Xəstə həkimlərin nəzarəti altında müalicə kursu keçir, onun vəziyyətində müsbət dəyişikliklər müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti