...

Azərbaycanda "donuz qripi"nə yoluxan şəxslərin səhhəti yaxşılaşır - Taun Əleyhinə Stansiyanın rəhbərliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2009 12:21 (UTC +04:00)
A/H1N1virusuna yoluxan və hazırda Ağciyər xəstəlikləri insitutunda müalicə kursu keçən iki xəstənin vəziyyətində müsbət dəyişikliklər müşahidə edilir, bu barədə cümə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.
Azərbaycanda "donuz qripi"nə yoluxan şəxslərin səhhəti yaxşılaşır - Taun Əleyhinə Stansiyanın rəhbərliyi

Azərbaycan, Bakı, 06 noyabr / Trend Capita, müxbir Ü.İsmayılova /

A/H1N1virusuna yoluxan və hazırda Ağciyər xəstəlikləri insitutunda müalicə kursu keçən iki xəstənin vəziyyətində müsbət dəyişikliklər müşahidə edilir, bu barədə cümə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.

"Cümə axşamı evə buraxılan digər xəstə özünü yaxşı hiss edir. Onda virusun kliniki simptomları müşahidə edilmir", - o qeyd edib.

Xəstələrlə ünsiyyətdə olanların mümkün yoluxmasına gəldikdə isə, Qurbanov bildirib ki, həkim nəzarəti altında olan xəstə kimi, həmin şəxslər də profilaktik tədbirlər görür, respirator maskaları geyinirlər.

Çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilmişdi. Cümə axşamı daha bir yoluxma halı xəstənin oğlunda və həmçinin noyabrın əvvəlində ölkəyə Ukraynadan gələn Azərbaycanın digər vətəndaşında aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti