...

Azərbaycanda "donuz qripi"nə yoluxanların vəziyyəti qənaətbəxşdir - Respublika Taun Əleyhinə Stansiya

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2009 18:56 (UTC +04:00)
"Donuz qripi"nə yoluxan səkkiz nəfərin vəziyyəti qənaətbəxşdir. Bu barədə Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bazar ertəsi bildirib.
Azərbaycanda "donuz qripi"nə yoluxanların vəziyyəti qənaətbəxşdir - Respublika Taun Əleyhinə Stansiya

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir Ü.İsmayılova/

"Donuz qripi"nə yoluxan səkkiz nəfərin vəziyyəti qənaətbəxşdir. Bu barədə Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bazar ertəsi bildirib.

"Bütün yoluxanlar xəstəliyin əlamətləri aşkar olandan sonra tibbi yardıma müraciət ediblər ki, bu da hazırda xəstələrin vəziyyətinin qənaətbəxş olmasına kömək edib", - Qurbanov deyib. Xəstələr hazırda xüsusi müalicə kursu keçirlər.

Ötən həftə virusa yoluxan şəxslərin vəziyyəti barədə danışan Qurbanov deyib ki, onların vəziyyətini normal kimi qiymətləndirmək olar. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən xəstələrdən ikisi yaxın vaxtlarda evə buraxılacaq. Evdə müalicə alan üçüncü xəstə də özünü yaxşı hiss edir.

Qurbanov əhaliyə bütün gigiyenik və sanitar normalara riayət etməyi tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, "donuz qripi"nin əlamətləri adi qripdən fərqlənmədiyi üçün əhali son dərəcə ehtiyatlı olmalıdır. Qripin ilk əlamətləri görünən zaman mütləq tibbi yardıma müraciət edilməlidir.

"Xəstənin "donuz qripi" və ya adi qripə yoluxmasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək olar", - Qurbanov deyib.

Bazar ertəsi Azərbaycanda daha səkkiz nəfərin virusa yoluxması halı aşkarlanıb.

Ölkəyə Azərbaycan vətəndaşı olan üç xəstə Ukraynadan, biri Türkiyədən, bir xarici vətəndaş Böyük Britaniyadan gəlib. Üç xəstə isə əvvəlcə Ukraynadan gələn xəstə ilə ünsiyyətdə olan Bakı sakinləridir. İki xəstə stasionar, qalanları isə ambulator müalicə alır. Bütün xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Ötən çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 virusu aşkar edilmişdi. Cümə axşamı daha bir yoluxma halı xəstənin oğlunda və həmçinin noyabrın əvvəlində ölkəyə Ukraynadan gələn digər Azərbaycan vətəndaşında aşkar edilib.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti