...

Türkmənistan Prezidenti pambıq yığımının sürətindən narazıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 15:24 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mövsümi kənd təsərrüfatı, xüsusilə də pambıq yığımı işlərinin lazımi səviyyədə aparılmaması üçün Axal rayonunun vilayət administrasiyasının ünvanına ciddi töhmət göndərib.
Türkmənistan Prezidenti pambıq yığımının sürətindən narazıdır

Türkmənistan, Aşqabad, 12 noyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mövsümi kənd təsərrüfatı, xüsusilə də pambıq yığımı işlərinin lazımi səviyyədə aparılmaması üçün Axal rayonunun vilayət administrasiyasının ünvanına ciddi töhmət göndərib.

Türkmənistan ildə təqribən bir milyon ton çiyidli pambıq istehsal edərək dünya istehsalçıları onluğuna daxildir. Xammalın böyük hissəsi ölkənin daxilində emal edilir. Tekstil sənayesinin məhsulları WalMart dünya ticarət şəbəkəsi vasitəsilə yayılır.

Bundan əlavə, Türkmənistan rəhbəri kənd təsərrüfatı texnikalarına ciddi nəzarət olunmasını tələb edib. Bu gün Altın Asır milli telekanalının bildirdiyi kimi, Türkmənistan rəhbəri "tarlalar üzərində uçaraq istifadə olunmuş kənd təsərrüfatı maşınlarının ehtiyat hissələrini görüb".

Rəhbər kənd təsərrüfatı üçün ayrılmış dövlət texnikasına laqeyd münasibət bəslədiyinə görə Türkmənobahizmət assosiasiyasının işindən narazılığını ifadə edib. Bu texnikalar əsasən ABŞ və Belarusdan tədarük edilir.

"Bu yolverilməz səhlənkarlıqdır", - Türkmənistan Prezidenti deyib və istifadə edilmiş texnikaların qeydiyyata alınması və Ovadabtəpədə (Aşqabad yaxınlığında) bu yaxınlarda işə salınmış metallurgiya zavodundakı metal qırıntılarının istifadə edilməsi barədə tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti