...

"Bank of Azerbaijan"-ın əsas məqsədi 2010-cu ilin sonunadək on aparıcı bank sırasına daxil olmaqdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2009 19:44 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank of Azerbaijan"-ın ümumi nominal qiyməti 10 milyon manat təşkil edən adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti qeydə alınıb.
"Bank of Azerbaijan"-ın əsas məqsədi 2010-cu ilin sonunadək on aparıcı bank sırasına daxil olmaqdır

Azərbaycan, Bakı, 19 noyabr / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank of Azerbaijan"-ın ümumi nominal qiyməti 10 milyon manat təşkil edən adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti qeydə alınıb. Bu barədə bank tərəfindən cümə axşamı yayılan məlumatda deyilir.

Yeni emissiya zamanı bazara nominal qiyməti 20 manat təşkil edən cəmi 500 min səhm buraxılacaq. Beləliklə, səhmlərin elan olunan miqdarının yerləşməsindən sonra "Bank of Azerbaijan"-ın nizamnamə kapitalı 25 milyon manata çatacaq. Yerləşdirilmə 2009-cu ilin dekabr ayından 2010-cu ilin dekabr ayınadək Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

Səhmləri əldə etmək arzusunda olan şəxslər broker lisenziyasına malik və "Bakı Fond Birjası" QSC-nin üzvü olan təşkilata müraciət edə bilərlər.

"Bizim əsas məqsədlərimizdən biri 2010-cu ilin sonunadək ölkənin aparıcı on bankı sırasına daxil olmaqdır və nizamnamə kapitalının planlaşdırılmış şəkildə artırılması bu məqsədə nail olmaq üçün vacib bir addımdır", - deyə "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.

Hazırda "Bank of Azerbaijan" əhaliyə geniş spektrdə xidmətlər göstərir. 2009-cu ilin ilk 9 ayının nəticələrinə görə bank yüksək nailiyyətlər əldə edib. Belə ki, bank aktivlərinin ümumi həcmi 32,89% artaraq 144 530 630 manat təşkil edib, kredit portfeli 24,71%, depozit portfeli isə 41,72% artıb.

Noyabrın 19-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti