...

907-ci düzəlişin qüvvədə olması yalnız Azərbaycanda deyil, ABŞ-ın özündə belə ədalətsiz hesab olunur - Prezident Administrasiyasının şöbə müdiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 14:37 (UTC +04:00)
ABŞ hökumətinə Azərbaycanın rəsmi qurumlarına yardım göstərməyi qadağan edən 907-ci düzəlişin qüvvədə olması yalnız Azərbaycanda deyil, ABŞ-ın özündə belə ədalətsiz hesab olunur, Azərbaycanın Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə günü Bakıda keçirilən "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransda bildirib.
907-ci düzəlişin qüvvədə olması yalnız Azərbaycanda deyil, ABŞ-ın özündə belə ədalətsiz hesab olunur - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.Ostapenko /

ABŞ hökumətinə Azərbaycanın rəsmi qurumlarına yardım göstərməyi qadağan edən 907-ci düzəlişin qüvvədə olması yalnız Azərbaycanda deyil,  ABŞ-ın özündə belə ədalətsiz hesab olunur, Azərbaycanın Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə günü Bakıda keçirilən "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransda bildirib.

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Məmmədovun sözlərinə əsasən, dünya iqtisadiyyatındakı böhran xarici siyasət və diplomatiyada da mövcuddur.

"1993-cü ildə Azərbaycan və Ermənistan arasında münaqişə nəticəsində ABŞ Konqersi Azərbaycana humanitar yardımın göstərilməsini məhdudlaşdıran 907-ci düzəlişi qəbul edib. O zaman aparıcı qərb ölkələri Azərbaycanda bir milyondan çox qaçqının olmasına baxmayaraq, Ermənistana yardım göstərilməsi qərarına gəldi. Qərb bu zaman Ermənistana yardım etmək üçün hər şeyi etdi", - Məmmədov bildirib.

Onun sözlərinə əsasən, buna baxmayaraq, Azərbaycanın postsovet məkanında Qərblə səmərəli əməkdaşlıq edən yeganə ölkədir.

"Azərbaycan vətəndaş cəmiyyətini qurur. Etiraf edirəm ki, daxili problemlərimiz mövcuddur. Mənə problemi olmayan ölkə göstərin", - şöbə müdiri qeyd edib.

"Deyirlər ki, Azərbaycanda ədalət olsa, Avropa bizi dəstəkləyəcək. Mən bu fikirlə razı deyiləm", - o əlavə edib.

Məmmədov bütün müzakirə iştirakçılarını fikir söyləyərkən daha konkret olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti