...

Azərbaycanın istehlak bazarında yarım il ərzində 688 ticarətçi cərimə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2009 17:24 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərindən 350 kloqramdan artıq vaxtı keçmiş ərzaq məhsullarını satışdan çıxarıb.
Azərbaycanın istehlak bazarında yarım il ərzində 688 ticarətçi cərimə edilib

Azərbaycan, Bakı, 23 noyabr / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərindən 350 kloqramdan artıq vaxtı keçmiş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə bazar ertəsi nazirlikdən yayılan məlumatda deyilir. Bu məhsullar arasında kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivələr, sərinləşdirici işkilər, su və s. olub.

İstehlakçı hüquqlarının pozulması faktları Bakının Nərimanov və Nizami rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərlərində aparılan monitorinqlər zamanı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində protolokol tərtib edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 631 fiziki şəxsə isə 943,3 min manat cərimə tətbiq olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti