...

Avropanın iri investisiya fondu Azərbaycanın ərzaq sektoruna daxil olmaq imkanlarını gözdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 16:04 (UTC +04:00)
İsveçrənin Avropada ən iri investisiya fondunun - East Capital-ın nümayəndələri noyabrın 27-də ADA Group-la (Azərbaycanda iri Almalı supermarketlər şəbəkəsi) əməkdaşlıq imkanlarını öyrənəcəklər.
Avropanın iri investisiya fondu Azərbaycanın ərzaq sektoruna daxil olmaq imkanlarını gözdən keçirir

Azərbaycan, Bakı, 26 noyabr / Trend /

İsveçrənin Avropada ən iri investisiya fondunun - East Capital-ın nümayəndələri noyabrın 27-də ADA Group-la (Azərbaycanda iri Almalı supermarketlər şəbəkəsi) əməkdaşlıq imkanlarını öyrənəcəklər.

Son zamanlar ərzaq sektorunun cəlbediciliyi, o cümlədən Azərbaycanda geniş yayılmış Almalı mağazalar şəbəkəsinin perspektivliyi İsveçrə fondunda bu layihəyə mayaq oyadıb.

East Capital Tbilisidəki Populi mağazalar şəbəkəsinin ən iri səhmdarlarından biridir.

ADA Group Azərbaycanın üç iri şəhərində (Bakı, Sumqayıt, Gəncə) fəaliyyət göstərən Almalı mağazalar şəbəkəsinin sahibidir. Şirkətlər qrupunun əsas səhmdarı Beynəlxalq Maliyyə Korporasiyasıdır.

Almalı Beynəlxalq Maliyyə Korporasiyasının ən iri layihələrindən biridir. İlk Almalı supermarketi 2006-cı ildə açılıb.

Xəbər lenti

Xəbər lenti