...

RF-nin energetika naziri Tehranda dövlətlərarası komissiyanın iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 18:42 (UTC +04:00)
Rusiyanın energetika naziri Sergey Şmatko 2009-cu il 29-30 noyabr tarixində Tehranda (İran) keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın iclasının işində iştirak edəcək. Bu barədə RF Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
RF-nin energetika naziri Tehranda dövlətlərarası komissiyanın iclasında iştirak edəcək

Rusiyanın energetika naziri Sergey Şmatko 2009-cu il 29-30 noyabr tarixində Tehranda (İran) keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın iclasının işində iştirak edəcək. Bu barədə RF Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatı RİA Novosti yayıb.

Şmatko komissiyanın Rusiya tərəfindən sədridir, İran tərəfinə isə xarici işlər naziri Mənüçöhr Müttəki rəhbərlik edir.

"İclas çərçivəsində ticari-iqtisadi əməkdaşlığın, həmçinin energetika sahəsinin bütün spektri üzrə məsələlərin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti