...

Azərbaycanda əhali üçün suyun tariflərinin qaldırılması planlaşdırılmır – "Azərsu"nun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2009 16:09 (UTC +04:00)
"Azərsu" SC əhaliyə verilən suyun tariflərinin qaldırılması məsələsinə dair Azərbaycanın Tarif Şurasına müraciət etməyib. Bu barədə şənbə günü "Azərsu"nun prezidenti Nizaməddin Rzayev deyib.
Azərbaycanda əhali üçün suyun tariflərinin qaldırılması planlaşdırılmır – "Azərsu"nun rəhbəri

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərsu" SC əhaliyə verilən suyun tariflərinin qaldırılması məsələsinə dair Azərbaycanın Tarif Şurasına müraciət etməyib. Bu barədə şənbə günü "Azərsu"nun prezidenti Nizaməddin Rzayev deyib.

"Biz hazırda suyun qiymətinin qaldırılması məsələsinə dair müraciət etməyi planlaşdırmırıq", - Rzayev deyib. Hazırda əhali üçün suyun bir kubmetrinin (kanalizasiya xidmətlərinin ödəmə dəyəri daxil olmaqla) dəyəri 0,17 manatdan 0,22 manatadək təşkil edir.

Rzayev deyib ki, "Azərsu" su təminatının keyfiyyətini artırır, magistral xətlərini, fəaliyyətdə olan su anbarlarını təmir edir, su anbarları inşa edir.

"Əhaliyə verilən suyun keyfiyyəti hər gün yoxlanılır və məişət suyu ilə bağlı heç bir problem yoxdur", - Rzayev deyib.

"Azərsu" rəhbəri həmçinin qeyd edib ki, su istehlakına görə əhalinin borclarının məbləği səhvən artıq göstərilən zaman bəzən müəyyən hadisələrlə qarşılaşırıq. "Lakin bu cür hallarda məsələ araşdırılır, əgər hər hansı bir problem aşkarlanarsa, tez həll edilir", - Rzayev deyib.

Xəbər lenti

Xəbər lenti