...

DəmirBank Belçika bankından kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 14:51 (UTC +04:00)
Azərbaycan bankı DəmirBank və Belçika bankı VDK Spaarbank N.V iki milyon dollar həcmində kredit üzrə müqavilə imzalayıblar, çərşənbə axşamı bankdan yayılan məlumatda deyilir. Müqavilə İncofin investisiya fondunun təşkilatı dəstəyi ilə imzalanıb.
DəmirBank Belçika bankından kredit cəlb edib

Azərbaycan, Bakı, 22 dekabr/ Trend /

Azərbaycan bankı DəmirBankBelçika bankı VDK Spaarbank N.V  iki milyon dollar həcmində kredit üzrə müqavilə imzalayıblar, çərşənbə axşamı bankdan yayılan məlumatda deyilir. Müqavilə İncofin investisiya fondunun təşkilatı dəstəyi ilə imzalanıb.

İmzalanmış müqavilə çərçivəsində vəsait mikrokreditləşməyə yönəldiləcək. Müqavilə iki illik müddətə imzalanıb ki, bu da bankı sahibkarlığın kreditləşdirilməsi sahəsində əlavə maliyyə mənbələri ilə təmin edəcək.

"Yeni kredit müqaviləsi DemirBank və VDK Spaarbank N.V arasında 2007-ci ildən başlayan əməkdaşlığın nəticəsidir. Qazanılmış etimad sayəsində bu kredit girov təminatı olmadan verilir. Cəlb olunan vəsait mikro və kiçik kreditləşməni genişləndirməyə imkan verir ki, bu da sahibkarlara öz fəaliyyətlərini genişləndirməyə icazə verir", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov deyib.

DəmirBank AYİB, BMK, QTİB, Almaniya-Azərbaycan Fondu, DEG Almaniya investisiya şirkəti, OFİD Beynəlxalq İnkişaf Fondu, Özəl sektorun inkişafı üzrə İslam Korparasiyası, Rosemount Global Ticarət-Maliyyə Fondu (ABŞ), BANİF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) kimi beynəlxalq təşkilatlarla müxtəlif kredit proqramları üzrə əməkdaşlıq edir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 20 il əvvəl 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti