...

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin milli standartları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 10:43 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dekabrın 18-də qiymətləndirmə fəaliyyətinin doqquz milli standartını təsdiq edib. Bu barədə şənbə günü Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icraçı direktoru Elçin Səmədli deyib.
Azərbaycanda qiymətləndirmə fəaliyyətinin milli standartları təsdiq edilib

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi dekabrın 18-də qiymətləndirmə fəaliyyətinin doqquz milli standartını təsdiq edib. Bu barədə şənbə günü Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icraçı direktoru Elçin Səmədli deyib.

"Standartlar imzalandğı gündən - 18 dekabrdan qüvvəyə minib", - Səmədli deyib.

Dövlət Komitəsi aşağıdakı standartları təsdiq edib: qiymətləndirənin peşəkar etikası; qiymətlərin hamı tərəfindən qəbul edilən prinsipləri; baza qiyməti kimi bazar dəyəri; bazar dəyərindən fərqli olaraq baza qiymətləri; qiymətlər haqqında tərtib edilmiş hesabat; material aktivlərinin qiyməti; istehsal olunan avadanlıq və maşınların qiymət dəyəri; maliyyə və mühasibat hesabdarlığının hazırlanması üçün qiymətlər; borclar, girovlar və borc məsuliyyətlərinin təminetmə qiymətləri.

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması Beynəlxalq Maliyyə Korparasiyasının (IFC) Azərbaycanda və Orta Asiada ipoteka kreditləşməsinin inkişafına dair proqramı çərçivəsində reallaşdırılır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1997-ci ildə qeydiyyatdan keçib. Bütün qiymətləndirənləri özündə birləşdirən bu ictimai təşkilat Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanda qiymətləndirmənin fəaliyyəti 1995-ci ildə qəbul edilmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla nizamlanır.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti