...

"Azərbaycan hava yolları" QSC avadanlıq əldə edilməsinə dair tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr / Trend /

AZAL QSC ("Azərbaycan hava yolları") metroloji xidmət üçün kalibratlar və elektrik və radioölçü cihazlarının əldə edilməsinə dair tender elan edib.

Yük göndərənlərə "Dövlət alqı-satqısı haqqında" qanuna müvafiq olaraq tender təkliflərini təqdim etmək təklif edilib. Tenderin yekunlaşdırlması zamanı daha səmərəli qiymət və yüksək keyfiyyətə, analoji işlərdə təcrübəsi olan iştirakçılara üstünlük veriləcək.

Avadanlıq müqavilənin bağlanmasından 30 gün müddətində tədarük edilməlidir. Ödəniş bir il ərzində hissə-hissə həyata keçiriləcək.

Bütün lazımi sənədlər 1 fevral 2010-cu il saat 17:00-dək təqdim edilməlidir. Tender təklifləri 9 fevral 2010-cu il saat 17:00-dək təqdim edilməlidir.

Tənder təklifləri 10 fevral 2010-cu il saat 11:00-da açılacaq.

Əlaqə saxlamaq üçün - İsmayılov Faiq, Telefon (99412) 497-26-46,

Ünvan: AZ-1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Xəbər lenti

Xəbər lenti