...

Yanvarda AYİB-in Azərbaycanın prosesinq mərkəzinin səhmdarları siyahısına rəsmi daxil olması prosesi tam başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 19:11 (UTC +04:00)
"Yanvarda Milli Kart MMC-nin Azərbaycan Vergilər Nazirliyində qeydiyyatdan keçməsi gözlənilir ki, bu da Avropa Yenidən Qurma və İnkişaf Bankının iştirakı ilə mərkəzin nizamnamə kapitalının artırılması prosesinin rəsmən başa çatdırılmasına imkan verəcək", -bu barədə çərşənbə axşamı mərkəzdən deyilib.

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir N.İsmayılova/

"Yanvarda Milli Kart MMC-nin Azərbaycan Vergilər Nazirliyində qeydiyyatdan keçməsi gözlənilir ki, bu da Avropa Yenidən Qurma və İnkişaf Bankının iştirakı ilə mərkəzin nizamnamə kapitalının artırılması prosesinin rəsmən başa çatdırılmasına imkan verəcək", -bu barədə çərşənbə axşamı mərkəzdən deyilib.

"Hazırda AYİB və prosesinq mərkəzi arasında saziş bağlanıb və yalnız onun rəsmiləşdirilməsinin yekunlaşdırlması qalır", - bu barədə mərkəzdən deyilib.

AYİB mərkəzin kapitalında 10%-lik pay əldə etmək üçün 500 min dollar ayırıb.

Milli Kart-ın fəaliyyətdə olan təsisçiləri mərkəzin işində pay iştiraklarının azalmasının qarşısını almaq üçün öz paketlərinin rekapitalizasiyasında iştirak etmək niyyətindədirlər.

Avropa bankı prossesinq mərkəzinə 250 min dollarlıq texniki yardım da göstərib.

Mlli Kart MMC 2006-cı ildə iyulun 14-də ölkənin 18 kommersiya bankı tərəfindən Azərbaycan Mərkəzi Bankından kart ödəmələri prosessinq mərkəzi alındıqdan sonra təsis edilib. Üç il ərzində MMC Mərkəzi Banka aid sahədə icarə əsasında fəaliyyət göstərəcək. Sonra şirkət üçün ayrıca bina inşa ediləcək. Hazırda mərkəzin işində bankların minimal iştirakı 1%, maksimal iştirakı isə 10% təşkil edir.

Mərkəzin təsisçiləri Atabank, Azərdəmiryolbank, AzərTurkbank, Bank of Baku, Azerbaycan Senayye Bankası, Debütbank, Əmrahbank, Xalq Bank, Credo Bank, Access Bank, ParaBank, RabitəBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank-dır.

Dekabrın 29-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti