...

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın sonunda Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmir yolu nəqliyyatının yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin görüşü olacaq, "Azərbaycan Dəmir Yolları" QSC-də mənbə çərşənbə axşamı deyib.

"BTQ dəmir yolunun inşası çərçivəsində işlər qrafikə uyğun aparılır və layihə çərçivəsində yanvarın sonuncu ongünlüyündə nəqliyyat nazirləri səviyyəsində görüşün keçirilməsi gözlənilir", - mənbə deyib.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələlik müəyyən edilməyib və bu istiqamətdə müvafiq işlər aparılır.

BTQ dəmir yolunun inşası üzrə işlərin 2011-cu ilin sonuna başa çatdırmaq planlaşdırılır.

Layihə çərçivəsində Gürcüstan ərazisində dəmir yolu stansiyasının inşasına dair tenderin qalibi artıq müəyyən edilib. Azərbaycanın arxitektura layihə-sənaye şirkəti "Kontur" tenderin qalibi olub.

Axalkalaki stansiyasının tikintisinə 2010-cu ildə başlanılması, 2011-ci ildə sona çatdırılması planlaşdırılır.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryolu magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda, yük ötürmə qabiliyyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometirlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə, Gürcüstanda olan dəmir yolundan qatarların Avropaya keçməsi üçün məntəqə inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti