Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın Səhiyyə Nazirliyində nazirin struktur dəyişiklikləri barədə əmrlərinin icrasına həsr olunmuş işgüzar müşavirə keçirilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Müşavirədə şəhər və rayon səhiyyə orqanlarının rəhbərləri iştirak edib.
Görüşdə əmrlərin yerlərdə icrası, statistik hesabatlar, əlillik, vətəndaşların ərizə və şikayətləri, ana və uşaq ölümü, infeksion xəstəliklər, "donuz qripi"nin profilaktikası və digər bu kimi məsələlər müzakirə olunub.
Müşavirə iştirakçıları, həmçinin kadrlarla iş, dərman və ərzaq təminatı məsələlərini müzakirə ediblər.