...

Beynəlxalq sərgi şirkəti Azərbaycanda yeni sığortaçı seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2010 11:41 (UTC +04:00)
Azərbaycanın iri sığorta şirkətlərindən olan "Paşa Sığorta" "ITECA CASPIAN" Beynəlxalq sərgi şirkətinin yeni rəsmi tərəfdaşı olub. Bu barədə çərşənbə axşamı şirkətin İdarə Heyətinin sədri Nofəl Rzayev deyib.
Beynəlxalq sərgi şirkəti Azərbaycanda yeni sığortaçı seçib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın iri sığorta şirkətlərindən olan "Paşa Sığorta" "ITECA CASPIAN" Beynəlxalq sərgi şirkətinin yeni rəsmi tərəfdaşı olub. Bu barədə çərşənbə axşamı şirkətin İdarə Heyətinin sədri Nofəl Rzayev deyib.

"Tərəflər artıq əməkdaşlıq üzrə bir il üçün nəzərdə tutulmuş müqavilə imzalayıblar", - Rzayev deyib.

Çərşənbə axşamı "ITECA CASPIAN"-ın direktor müavini Bəhruz Hidayətzadə "Paşa Sığorta" şirkəti ilə əməkdaşlığın Bakıda keçirilən sərgilərin tərəfdaşları və qonaqlarının sığorta olunması üçün sığorta sahəsində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirib. "Biz hesab edirik ki, bu əməkdaşlıq bizim şirkət tərəfindən təşkil olunan sərgilər çərçivəsində göstərilən xidmətlərin genişləndirilməsinə və yaxşılaşdırılmasına öz töhfəsini verəcək", - Hidayətzadə deyib.

"Paşa Holdinq" Şirkətlər Qrupuna daxil olan "Paşa Sığorta" Bakıdakı baş ofisi, Sumqayıt və Xırdalandakı servis şöbələri vasitəsilə korporativ və fərdi müştərilərə sığortanın 30 növü üzrə xidmət göstərir. Şirkət doqquz milyon manat nizamnamə kapitalı və 11,5 milyon manat cari şəxsi kapitalı ilə maliyyələşdirmə göstəriciləri üzrə ölkənin ən iri sığortaçılarının onluğuna daxildir.

Xəbər lenti

Xəbər lenti