...

2009-cu ildə Azərbaycan manatı stabilliyini saxlayıb – maliyyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2010 12:52 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının artımı 2009-cu ildə də davam edib, böhran illində ÜDM-in həqiqi artımı yüksək səviyyədə olub - 9,3 faiz. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.
2009-cu ildə Azərbaycan manatı stabilliyini saxlayıb – maliyyə naziri

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycan iqtisadiyyatının artımı 2009-cu ildə də davam edib, böhran illində ÜDM-in həqiqi artımı yüksək səviyyədə olub - 9,3 faiz. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

"Dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ildə ÜDM-in səviyyəsi 3 917 manat, yaxud 7,9 faiz artım sayəsində 4 874 dollar təşkil edib, ölkədə orta əməkhaqqı 6,8 faiz artaraq 298 manata çatıb", - Şərifov deyib.

Nazirin sözlərinə görə, hesabat dövrü ərzində manatın məzənnəsi öz stabilliyini saxlayıb, ölkədəki inflyasiyanın səviyyəsi isə 1,5 faiz təşkil edib.

2009-cu ildə sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2,903 milyard manat, o cümlədən onun cari xərclərinə 2,763 milyard manat ayrılıb ki, bu da 2008-ci ilin göstəricilərini 19,5 faiz, yaxud 450 milyon manat ötür.

2008-ci illə müqayisədə 2009-cu ildə sosial müdafiənin maliyyələşdirilməsi və sosial təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, fiziki tərbiyə xərcləri 12,9 faiz artırılıb. Aqrar sektor və ətraf mühitin qorunması xərcləri 38,5 faiz, yaşayış və kommunal əmlak xərcləri 24,9 faiz, ümumdövlət xidmətləri xərcləri 14,7 faiz, prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri 21,5 faiz artırılıb.

Maliyyə nazirinin sözlərinə görə, hesabat dövrü ərzində Azərbaycan investisiya şirkətlərinin kapitallaşdırılmasının gücləndirilməsinə dövlət büdcəsindən 70 milyon manat ayrılıb. Hesabat dövrü ərzində Sahbkarlara Kömək Milli Fondu (SKMF) 2 100 sahibkarlıq subyektinə güzəştli şərtlərlə 130 milyon manat məbləğində kreditlər verib ki, bu da 2008-ci ilin analoji göstəricilərindən 1,5 dəfə çoxdur. 70 milyon manatlıq kredit dövlət büdcəsindən SKMF-ə ayrılmış vəsaitlər hesabına maliyyələşdirilib. Güzəşli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri layihə, o cümlədən istehsal, təkrar istehsal və infrastrukrur üzrə 52 layihə maliyyələşdirilib ki, bunun da 99,2 faizi ölkə regionlarına düşür.

Xəbər lenti

Xəbər lenti