...

ADA Şirkətlər Qrupu Azərbaycanın ərzaq bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2010 17:57 (UTC +04:00)
Azərbaycanın ADA Şirkətlər Qrupu ərzaq bazarında öz fəaliyyətini genişləndirməyi planlaşdırır.
ADA Şirkətlər Qrupu Azərbaycanın ərzaq bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır

Azərbaycan, Bakı, 23 yanvar/ Trend /

Azərbaycanın ADA Şirkətlər Qrupu ərzaq bazarında öz fəaliyyətini genişləndirməyi planlaşdırır

" ADA Şirkətlər Qrupu, ölkənin ərzaq sektorunda monopolist olmaq iddiasında olan, qeyri-şəffaf təşkilati-hüquqi-maliyyə strukturlarına malik şirkətlərdən fərqli olaraq, öz fəaliyyətini ölkədə biznes mühiti üçün yaradılmış əlverişli şəraitdən faydalanaraq, daha da genişləndirməyio planlaşdırır, - məlumatda deyilir. - Fəaliyyət göstərdiyi qısa müddət ərzində şirkətimiz şəffaflıq, müasir korporativ idarəetmə və pərakəndəşilik texnologiyalarını tətbiq edib.

ADA Şirkətlər Qrupu öz məlumatında bir sıra KİV-də yazılan şirkətinin bağlanması ehtimalı haqda məlumatları təkzib edib.

" Bir-neçə mağazanın bağlanmasını əsas tutanlar bunu böyük bir şirkətin bağlanması kimi təqdim edirlər. Halbuki, azad bazar iqtisadiyyatı şəraitində bu adi hal sayılmalıdır. Yəni zəif olan sahəni ləğv etməklə (bu halda mağazanı bağlamaq), işçi vahidlərinin ixtisarı və s. gələcəkdə yarana biləcək daha böyük maliyyə itkisinin qarşısını alır. Elə şirkətin biznes planında da, rentabelliyi aşağı olan mağazaların bağlanılması və ya köçürülməsi əvvəlcədən nəzərədə tutulub".

KİV-nin məlumatlarında şirkətin holdinqlərə borcunun yaranması haqda danışılır.

" Heç kimə sirr deyil ki, 2008-ci ilin sonlarından etibarən dünyada baş vermiş maliyyə böhranı bir çox strukturları, o cümlədən maliyyə inistitutlarınıın müəyyən çətinliklərlə üzləşməsinə səbəb olmuşdur. Bu səbəbdən qısa müddətdə yeni kreditlərin cəlb olunmasında müəyyən problemlər yaranmışdır. Beynəlxalq pərakəndəçilik sahəsindən az-çox məlumatı olanlar yaxşı bilirlər ki, bu gün istər bu sahənin son illərdə geniş inkişaf etdiyi Rusiya Federasiyasında, Ukraynada istərsə də pərakəndəçiliyin beşiyi sayılan ABŞ və Avropada ticarət şəbəkələri nəğd vəsait problemi ilə üzləşiblər", - məlumatda deyilir.

Hələ dirçəliş mərhələsində olan, genişlənməkdə olan bir şəbəkənin bu tip problemlə üzləşməsi də təbii hesab edilir. Lakin bütün bunlara baxmayaraq, ADA Şirkətlər Qrupunun menecerləri əlavə vəsaitlərin cəlbi üçün uğurla nəticələnmiş addımlar atıblar.

ADA Şirkətlər Qrupu 2005-ci ildə yaranıb. Qrup "Almalı" mağazalar şəbəkəsinin sahibi və operatorudur. Qrupun əsas sərmayədarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC). "Almalı" Azərbaycanın qeyri-neft sektorunda IFC-nin iri layihələrindəndir.

Xəbər lenti

Xəbər lenti