...

Azərbaycanın ilk beynəlxalq pul köçürmələri sistemi fəaliyyət zonasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir İ.Xəlilova/

ZaminBank 2010-cu ildə "Caspian Money Transfer" şəxsi pul köçürmələri sisteminin dövriyyəsinin artacağını gözləyir. Əməliyyatların həcmi 2009-cu ildə 30 milyon dollar təşkil edib. Bunu cümə günü bankın İdarə Heyətinin sədri Zəhra Quliyeva deyib.

"Bu cür gözləmə sistemdə 2010-cu ilin ilk 20 günlüyündə 9 milyon dollara çatan dövriyyə ilə bağlıdır. Keçən ilin yanvar ayında ödəmə sisteminin dövriyyəsi 2 milyon dollardan artıq olub", - Quliyeva deyib.

"Caspian Money Transfer" dövriyyəsinin artması ödəmə sisteminin əhatə dairəsinin genişləndirilməsi vasitəsilə planlaşdırılır. Hazırda dövriyyənin 65%-i Rusiya ilə pul köçürmələrinin payına düşür.

"Hazırda biz Çin Xalq Respublikasının Kənd Təsərrüfatı Bankı və Qırğızıstanın "Fast" pul köçürmələri sistemi ilə onların sistemlərinin inteqrasiyası üzrə danışıqlar aparırıq", - Quliyeva deyib.

Onun sözlərinə görə, inteqrasiya pul köçürmələri tarifinin 1%-dək azaldılmasına imkan verir. Azərbaycan sisteminin fəqləndirici xüsusiyyəti ondan ibarətdir ki, "Caspian Money Transfer" vasitəsilə köçürülmənin minimal komissiyası 1,5%, köçürmənin icrası isə 2-3 dəqiqə təşkil edir. Alıcıdan isə komissiya tutulmur.

Digər beynəlxalq ödəmə sistemləri vasitəsilə köçürülmələrə görə standart komissiya əksər hallarda 2,5-3% təşkil edir.

Ödəmə sisteminin ilk belə inteqrasiyası Rusiyanın "Zolotaya korona" sistemi ilə aparılıb. Bu ödəmə sisteminin baş ofisi Novosibirskdə yerləşir. Rusiya sisteminin dünyanın müxtəlif ölkələrində 10 min məntəqəsi var. Bu sistem Azərbaycanda da kifayət qədər məşhurdur.

"Caspian Money Transfer" sisteminin Ukraynanın Finance and Credit Bankının beynəlxalq ödəmə sistemi və Türkiyənin SMT ödəmə sitemi ilə inteqrasiyası başa çatıb.

Lider və Intel Express sistemləri ilə inteqrasiya sayəsində Rusiya, Böyük Britaniya, Belarus, Türkiyə, İtaliya, İspaniya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Litva və Gürcüstanda yerləşən 7000 xidmət məntəqəsi "Caspian Money Transfer" sisteminə qoşulub.

ZaminBank Azərbaycanda ilk pul köçürmələri sisteminin yaradıcısıdr. Hazırda "Caspian Money Transfer" sisteminin fəaliyyət zonası Rusiya, Böyük Britaniya, Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Ukrayna, Litva, Belarus, Moldova, Gürcüstan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana yayılır.

Azərbaycanın pul köçürmələri sisteminin yaradılmasında zərurət ölkə xaricində yaşayan və hər ay pul köçürmələri həyata keçirən vətəndaşların sayının həddən artıq çox olması ilə əlaqədardır. Xüsusilə də Ukraynada onların sayı 800 min, Rusiyada isə iki milyondan artıqdır.

Xəbər lenti

Xəbər lenti