...

İdxalın azalması Azərbaycan gömrük orqanlarının büdcə ödəmələrinə təsir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2010 13:35 (UTC +04:00)
2009-cu il Azərbaycan Dövlət Gömrük Komitəsi üçün çətin olub. 1996-cı ildən bəri ilk dəfə olaraq dövlət büdcəsinə ödəmələr üzrə proqnozlar yerinə yetirilməyib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
İdxalın azalması Azərbaycan gömrük orqanlarının büdcə ödəmələrinə təsir edib

Bakı, Azərbaycan, 30 yanvar / Trend , müxbir U.İsmayılova/

2009-cu il Azərbaycan Dövlət Gömrük Komitəsi üçün çətin olub. 1996-cı ildən bəri ilk dəfə olaraq dövlət büdcəsinə ödəmələr üzrə proqnozlar yerinə yetirilməyib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"Gömrük vergi və rüsumlarının yığımı üzrə proqnoz 86 faiz yerinə yetirilib,- Əliyev bildirib.- Buna səbəb ötən ildə idxalın 1,4 milyard manat azalması olub".

Buna baxmayaraq, 2008-ci illə müqayisədə gömrük orqanlarının büdcə ödəmələri iki milyondan çox artaraq 1,112 milyard manata çatıb.

Gömrük vəsaitlərində dəyişikliklərin olmaması şərti ilə gəlirlərin artması, əsasən, qaçaqmalçılıqla mübarizəyə dair görülən tədbirlər, həmçinin gömrük rəsmiləşdirməsinin düzgün aparılması ilə əlaqədardır. Bu barədə Gömrük komitəsinin sədri bildirib.

Yanvarın 30-a olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti